Meksikada polisə silahlı hücum - 14 ÖLÜ

  • By admin
  • 15 Oktyabr 2019 10:00

Meksikanın Miçoakan ştatında silahlı şəxslər polisə hücum edib.

Gununsesi.org xəbər verir ki, nəticədə 14 polis əməkdaşı öldürülüb. Bu barədə ölkənin Təhlükəsizlik və Müdafiə Nazirliyi məlumat yayıb.

Polisə silahlı hücumun səbəbi bilinmir. Hazırda bütün texniki resurslar araşdırılır və şahidlər dindirilir.

 

 

Gununsesi.org