Meksikada ağır yol qəzası - ÖLƏN VƏ YARALANANLAR VAR

  • By admin
  • 20 Oktyabr 2019 17:38

Meksikada yük maşını minik avtomobili ilə toqquşub.

Gununsesi.org-un “Sinhua” agentliyinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 9 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

İnsident Mexiko-Keretaro avtomobil yolunda yerli vaxtla saat 08:00-da baş verib.

 

Gununsesi.org