Meksika hökuməti Boliviyadakı vəziyyətdən narahat olduğunu bildirir

  • By admin
  • 10 Noyabr 2019 16:36

Meksikanın xarici işlər nazirliyi şənbə günü mübahisəli seçki ilə bağlı bir həftə davam edən Boliviyadakı siyasi vəziyyətdən narahat olduğunu bildirib.

Gununsesi.org-un məlumatına görə, Meksikanın xarici işlər nazirliyinin açıqlamasında deyilir: “Meksika üçün demokratiya yeganə yoldur və bu prosesi güc və zorakılıqla əvəz etmək geri çəkilmə deməkdir. Meksika hökuməti, Prezident Evo Moralesin söylədiyi kimi, dialoqa çağırır.”

 

Gununsesi.org