MDB tərkibindən çıxmaq məsələsini nəzərdən keçiririk- Ukraynanın xarici işlər naziri

MDB tərkibindən çıxmaq məsələsini nəzərdən keçiririk

klimik

Ukrayna MDB-nin tərkibindən çıxmaq məsələsini nəzərdən keçirir.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, bunu “112 Ukrayna” telekanalına müsahibəsində Ukrayna xarici işlər naziri Pavel Klimkin bəyan edib.

“MDB tərkibindən çıxmaq məsələsini nəzərdən keçiririk. BizimMDB dövlətləri ilə onlarla müqavilələrimiz mövcuddur. Misal üçün, diplomların qarşılıqlı tanınması, pensiya ödənişləri ilə bağlı. Ümid edirik ki, məsələlərin ayrı-ayrılıqda tənzimlənməsi bizə bu işi tamamlamağa imkan verəcək. Şəxsən mən MDB-dən çıxmağın ardıcıl tərəfdarıyam”- deyə, P.Klimkin bildirib.

Gununsesi.info

COMMENTS