MBNP bunadan öz məqsədləri üçün mütləq istifadə edəcək - ƏLİ MƏSİMLİ

  • By admin
  • 07 Aprel 2017 16:04
MESIMLI
“Banklar haqqında” qanun layihəsində əsas parıcı müdddəalarında anlaşılan  olmadığından, bu maddələrlə bağlı əlavə arayış verilməlidir.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Əli Məsimli “Bank haqqında” qanun layihəsinin alyihəsinə edilən dəyişikliklərlə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, bu mürəkkəb  və anlaşılmayan maddələrlə bağlı əlavə arayış verilməlidir. Millət vəkili qanun layihəsinə nəzərdə tutulan digər çatışmazlıqlar barəsində danışaraq bildirib ki,  birbaşa apellyasiya şikayətinin indiki məqamda nə dərəcə doğru olduğunu izah etsin. “Digər  məqam isə qanun layihəsində tərəflərə verilən konret günlərin qoyulması ilə  bağlıdır.  Hesab edirəm ki, bu da yanlış yanaşmadır. Təklif edirəm ki, gün iş günü ilə əvəz olunmalıdır. Bu gələcəkdə mübahisəli məqam yarada bilər. Ümumiyyətlə mən qanunvericilikdə  konret gün məsələsinin iş günü ilə əvəz olunmasını təklif edirəm. Biz elə etməliyik ki, gələcəkdə mübahisə və toqquşma üçün yer qalmasın”- deyə. Ə. Məsimli vuröulayıb.
Sistemli bank məsləsinə toxunan millət vəkili deyib ki, ümumiyyətlə Azərbaycanda bank o qədər çöküb ki, ölkədə sistemli bankın olması sual altındadır. “Burada sistemli bank haqqında verilən təriflərin özün də belə əksiliklər var. Bu düzgün yanaşma deyil.
Mənim digər iradım  Maliyyə Bazarlarına Nəzarət Palatasına verilən əlavə səlahiyyətlərlə bağlıdır. Ola bilsin ki, indiki məqamda bu keçərlidir. Ancaq biz  hüquqi dövlət qururuq. Kimsə zəmanət verə bilməz ki MBNP sabah bunda öz məqsədləri üçün sui-istifadə hallarına yol verməyəcək.  MBNP bunadan öz məqsədləri üçün istifadəsi mütləq olacaq. Bu məsləyə də aydınlıq gətirilməlidir”.
Millət vəkili sonda həmçinin bankların yüksək fazili  və dollarla verilən kreditlərə kəskin etirazını bildirib. “kreditlərin yüksək faizlə verilməsi soyğunçuluqdur. Ona görə də bu dəyişikliklər öz effektini  verməyəcək. Təklif edirəm ki, hökumət min dolaradək olan kreditlərə güzəştə getməlidir. Əgər hökumət mayın 28-dək belə bir addım atarsa. O zaman biz  bu sahədə ciddi dəyişikliyin baş verəcəyinin şahidi olacağıq”- deyə, o. Bildirib.
 
Mürtəza
Gununsesi.info