Mayk Tayson arvadını qısqanıb Trampı döyməyə çalışdı

  • By admin
  • 05 İyun 2020 22:38
Məşhur boksçu Mayk Taysonun ABŞ prezidenti Donal Trampı həyat yoldaşı ilə gizli münasibət  yaşadığından şübhələndiyi üçün döyməyə çalışdığı ortaya çıxıb.
Gununsesi.org xəbər verir ki, ABŞ-lı jurnalist Timoti  L. O Brien, “Trump Nation” adlı kitabında ABŞ prezidenti Donald Tramp haqqında təəccüblü bir hadisədən bəhs edib.
Sözügedən jurnalist kitabında 1988-ci ildə Trampın ağır çəkili boks çempionu Mayk Taysona sərvətini və kariyerasını necə idarə edəcəyi haqqında məsləhətlər verdiyini və həmin zamanlarda Taysonun həyat yoldaşı Robin Givens ilə Trampın gizli eşq yaşadığı haqqında fikirlər səsləndiyindən bəhs edib.
ABŞ-lı jurnalistin iddiasına görə, Tayson səslənən həmin fikirləri eşitdikdən sonra Nyu-yorkdakı ofisə gedərək Trampa “Arvadımla birlikdəsənmi?” deyərək onu döyməyə çalışıb.
Qeyd edək ki, Donald Trampın illər əvəvl Taysona nə cavab verdiyi bilinməsə də ikili arasındakı dostluq münasibətləri hələ də davam edir.
Gununsesi.org