Mayın 18-dən muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur

  • By admin
  • 15 May 2020 16:33

Azərbaycanda muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.org-a verilən məlumata görə, bu qərar mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə verilib.

Bildirilib ki, 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Gununsesi.org