Maştağada cinayət: Borca görə qonşusunu öldürdü

Maştağada cinayət: Borca görə qonşusunu öldürdü

bicaq

Paytaxtın Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Maştaga qəsəbəsi Baloglan Bagırov küçəsində yerləşən dəmir yol stansiyasının yaxınlığında qeydə alınıb. Qəsəbə sakini  23 yaşlı Quliyev Kamran Yaşar oğlu səhər saatlarında yaşadığı evinin yaxınlığında huşsuz vəziyyətdə yerdə tapılıb. Kamran yaxınları tərəfindən xətəxanya çatdırılsada çoxlu qan itirdiyin dünyasını dəyişib.

Xəstəxanada meyidin üzərinə baxış keçirən həkimlər Kamranın üzərində 12 bıçaq yarası aşkar ediblər. Tibb ocağından dərhal 14-cü polis bölməsinə məlumat verilib. Bölmədən aldığımız məlumata görə hadisə borc pul üsdündə baş verib və qətli törədən 22 yaşlı Vüqar Bayraməli oğlu Əlizadə hadisədən sonra bölməyə gələrək özü təslim olub. Belə ki, Kamranın Vüqara 100 manat borcu olub. Bu səbəbdən tərəflər arasında mübahisə düşüb. Nəticədə Vüqar Kamranın kürək nahiyəsinə 12 bıçaq zərbəsi vurub.

Artıq faktla bağlı Sabunçu rayon prokrorlugunda cinayət işi başlanıb istintaq aparılır.

Gununsesi.info

COMMENTS