Masazır və Yeni Günəşlidə niyə su yoxdur?

  • By admin
  • 11 İyun 2020 12:47

Masazır və Yeni Günəşli qəsəbələrində içməli suyun verilməsində fasilələr yaranıb. Bu barədə “Qafqazinfo”ya məlumatı qəsəbə sakinləri verib. Bildirilib ki, gün ərzində içməli su ilə bağlı müəyyən çətinliklər yaşanır.

Gununsesi.org xəbər verir ki, “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, son günlər havaların isti keçməsi ilə əlaqədar insanların bağlara köçməsi suya olan tələbatı kəskin artırıb:

“Hazırda mütəxəssislərimiz Masazırdadır. İçməli suya olan tələbatın artması səbəbindən müəyyən rejim tənzimləmələri aparılır. Bununla bağlı Masazırın bir hissəsində suyun veriliş qrafiklərində pozulma halları baş verib. Hazırda bərpası ilə bağlı işlər aparılır. Həmçinin, Yeni Günəşlidə də müəyyən çətinliklərimiz var idi. Artıq bu gün səhər saatlarından problem aradan qaldırılıb. Şikayətçi abonentlər var idi, onlarla da danışmışıq, qrafik normallaşıb”.

Qurum sözcüsü içməli su ilə bağlı vətəndaşlara xəbərdarlıq edib:

“Fürsətdən istifadə edib istehlakçılara səslənirəm ki, yay aylarında sudan qənaətlə istifadə etsinlər. Xüsusilə də həyət, bağ evlərində yaşayanlar suvarma məqsədilə istifadə edilən içməli suya ciddi nəzarət etsinlər. Çünki bu gün onların etmədiyi qənaət digər abonentlərin sudan əziyyət çəkməsinə səbəb olur”.

 

 

Gununsesi.org