Masallıda yol qəzası –  Ölən və yaralanan var

  • By admin
  • 24 Noyabr 2016 20:55

j

 

Masallıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, qəza bu gün saat 18.30 radələrində Masallı-Yardımlı şosesinin rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “Mercedes” markalı minik avtomobili yolun kənarı ilə gedən iki piyadanı vurub. Piyadalardan biri hadisə yerində ölüb, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qəzanı törətmiş sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır, hadisə yerindən qaçmış sürücünün saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

 

Gununsesi.info