Masallıda ağır yol qəzası baş verdi - Ölən və yaralanan var

  • By admin
  • 12 İyul 2019 14:50

Masallı rayonunun Qızılavar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

 Gununsesi.org xəbər verir ki, hadisə iyulun 11-də saat 23 radələrində qeydə alınıb. Bədəlan kənd sakini N.Cavadov idarə etdiyi “İsuzu” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

 Nəticədə sərnişinlərdən Cavid Əhmədov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

 Gununsesi.org