“Marvel” yeni “Dəmir adam” komikslərini çəkəcək

  • By admin
  • 15 İyun 2020 12:19

“Marvel” şirkəti “Dəmir adam” komikslərinin davam edəcəyini açıqlayıb.

Gununsesi.org “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin “YouTube” kanalındakı tizerdə deyilir.

Yeni hekayə üzərində yazıçı Kristofer Kentuell və rəssam CAFU işləyəcək, Aleks Ross isə yeni Stark zirehini yaradacaq.

Süjetin qısa təsvirinə görə, Toni Stark çətin yaşayıb və indi qisas alır.

“Toni Stark bu ilin sentyabr ayında geri dönəcək”, – videonun altındakı yazıda deyilir.

 

Gununsesi.org