Mart ayı üzrə pensiyalar ödənildi

  • By admin
  • 19 Mart 2020 17:05

Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiyaların ödənişi qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayram ərəfəsində yekunlaşıb.

Gununsesi.org xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat yayıb.

 Onun sözlərinə görə, ödənişin həyata keçirilməsinə hələ martın ilk həftəsində başlanılmışdı və bütün ölkə üzrə bu proses başa çatıb: “Xüsusi rütbəli şəxslərin, hərbi qulluqçuların, dövlət qulluqçularının və b. da mart ayı üzrə pensiyaları ödənilib. Eyni zamanda, müavinət və təqaüdlərin də qrafikdə nəzərdə tutulduğundan əvvəl olmaqla bayrama qədərki günlərdə ödənilməsi təmin olunub”.

Gununsesi.org