“Maqomayev” serialının ilk treyleri - VİDEO

  • By admin
  • 21 Fevral 2020 14:00

SSRİ Xalq artisti Müslüm Maqomayev və onun həyat yoldaşı Tamara Sinyavskayaya həsr olunan çoxseriyalı filmin treyleri yayımlanıb.

Gununsesiaz.info xəbər verir ki, Rusiyanın Birinci kanalı “Maqomayev” adlı ekran işinin ilk görüntülərini ictimaiyyətə təqdim edib.

Layihədə mərhum opera sənətçisinin obrazını serbiyalı aktyor Bikoviç Miloş, xanımı Tamara Sinyavskayanı isə aktrisa İrina Antonenko canlandırıb. Serialın premyerasının dəqiq vaxtı açıqlanmayıb.

Qeyd edək ki, ekran işinin çəkilişləri Bakı və Moskvada baş tutub, rejissoru Roman Prıqunovdur.

Gununsesiaz.info