“Mançester Yunayted”in əfsanəvi futbolçusu Bakıda - FOTOLAR

  • By admin
  • 24 Fevral 2020 10:37

AVRO-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir. 

Gununsesiaz.info  xəbər verir ki, “Mançester Yunayted”in əfsanəvi futbolçusu, Uels millisinin hazırkı baş məşqçisi Rayan Qiqz, Media və Marketinq meneceri Yan Quiyn Hyucz, Təhlükəsizlik departamentinin rəisi Qrant Eşton Briqz və kit menecer Deyvid Tyudor Qrifitsin daxil olduğu nümayəndə heyəti hotellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaq.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels millisinin baş məşqçisi Rayan Qiqzlə görüşüb. Görüşdə AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılaşmaların yüksək səviyyədə təşkli olunacağına əminlik ifadə olunub.

Xatırladaq ki, Elxan Məmmədov bir müddət əvvəl Bakıda səfərdə olmuş Türkiyə millisinin baş məşqçisi Şenol Güneşlə də görüşmüşdü.

Gununsesiaz.info