“Mançester Yunayted” müdafiəçisini icarərəyə göndərib

  • By admin
  • 30 Yanvar 2020 21:19

“Mançester Yunayted”in futbolçusu Markos Roxo ölkəsi Argentinaya qayıdıb.

Gununsesi.org-un məlumatına görə, 29 yaşlı müdafiəçi “Estudiantes”ə keçib.

Razılığa əsasən, Argentina millisinin üzvü mövsümün sonuna qədər icarə əsasında “Estudiantes”in formasını geyinəcək. Bununla o, 9 ildən sonra sabiq komandasına qayıdıb. Roxo 2008-2011-ci illərdə də bu klubun formasını geyinib.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada cəmi 3 oyun keçirən Markos Roxonun “Mançester Yunayted”lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.

 

Gununsesi.org