“Mançester Siti”nin təyyarəsi ət daşımaq üçün istifadə olundu

  • By admin
  • 05 May 2020 10:44

İngiltərənin “Mançester Siti” klubunun təyyarəsi koronavirus pandemiyası zamanı zəruri malların daşınması üçün istifadə olunur. 

Gununsesi.org “Daily Mail”ə istinadən xəbər verir ki, yük laynerlərinin yetərsizliyi səbəbindən klub təyyarəsindən istifadə olunmağa başlanılıb.

Bundan əlavə, təyyarə Sudandan Birləşmiş Ərəb Əmirliklərinə 24 ton ət daşıyıb.

Qeyd edək ki, Belarus Yüksək Liqası istisna olmaqla, Avropanın bütün ölkələrində çempionatlar koronavirus pandemiyası üzündən dayandırılıb.

 

 

Gununsesi.org