“Mançester Siti” 300 milyon avro itirə bilər

  • By admin
  • 15 Fevral 2020 11:37

UEFA-nın İngiltərənin “Mançester Siti” klubunun Çempionlar Liqası və Avropa Liqasına qatılımına qadağa qoyacağı təqdirdə klub 300 milyon avro itirə bilər.

Bu barədə maliyyə eksperti Kiran Maquayr “Sky Sports” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, maliyyə itkisi komandaya da mənfi təsir göstərə bilər.

Xatırladaq ki, fevralın 14-də Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İngiltərə klubunu maliyyə fırıldaqçılığında ittiham edərək, “Mançester Siti”nin  Çempionlar Liqası və Avropa Liqasında iki il ərzində iştirakına qadağa qoyub və 30 milyon avro məbləğində cərimələyib.

Klub isə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək niyyətində olduğunu bildirib.

Gununsesi.org