Malayziyanın Baş Naziri Azərbaycana gəlib

  • By admin
  • 24 Oktyabr 2019 21:45

Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

Gununsesi.org xəbər verir ki, Baş Nazir Mahathir Bin Mohamadı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

 

Gununsesi.org