Mafiya başçısı Azərbaycan nömrəli “Rolls-Royce”la Telman İsmayılovun evinə getdi - VİDEO

  • By admin
  • 10 Oktyabr 2019 12:47

Məşhur azərbaycanlı biznesmen Telman İsmayılov Monteneqroda hansı avtomobillə gəzdiyi məlum olub. 

Gununsesi.org xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə,  biznesmen 10-LH-100 Azərbaycan dövlət nömrə nişanlı “Rolls-Royce Phantom” avtomobilində gəzir. Avtomobil oğlu Ələkbər İsmayılovun adınadır.

Qeyd edək ki, T.İsmayılov sözügedən avtomobilini 2010-cu ildə sürmək üçün  Türkiyədən Bakıya təyyarəsi ilə gətirmişdi.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Telman İsmayılov “Rəis” ləqəbli kriminal avtoritet Sedat Pekeri Monteneqroda öz evinə bu avtomobildə aparıb.

 

 

Gununsesi.org