Madurodan Ağ Evə sərt ittiham: “Venesuelaya qarşı müharibə planı hazırlayır” –GƏRGİNLİK YÜKSƏLİŞDƏ

Madurodan Ağ Evə sərt ittiham: “Venesuelaya qarşı müharibə planı hazırlayır” –

“ABŞ Venesuelaya qarşı müharibə planı hazırlayır”.

Gununsesi.org-un Trend-ə istinadən məlumatına görə, bu barədə Venesuela prezidenti Nikolas Maduro Karakasda qubernatorlar və merlərlə görüşdə bildirib.

“Onlar [ABŞ hakimiyyəti] müharibə, terrorizm, Venesuelada sabitliyi pozmaq və zorakılığı çoxaltmaq, silahlı münaqişəni kəskinləşdirmək və ölkəmizə hərbi müdaxiləyə haqq qazandırmaq üçün plan qurmaq qərarına gəliblər”, – dövlət televiziyası ilə yayımlanan çıxışında Nikolas Maduro deyib.

 Venesuela prezidenti əlavə edib ki, ABŞ-ın bu məsələdə köməkçisi Braziliya olmalıdır.

“Biz demokratik və humanist dairələrdən, Braziliyanın Venesuelaya qarşı hər hansı bir avantüranı dayandırmalarını xahiş edirik”, – deyə Maduro vurğulayıb.

Gununsesi.org

COMMENTS