Madrid derbisində 1 qol vurulub, “Valensiya” ilk “4-lüy”ə yüksəlib

  • By admin
  • 02 Fevral 2020 10:53

İspaniya La Liqasında XXII tur start götürüb.

Gununsesi.org-un məlumatına görə, ilk gündə 4 oyun olub.

Turun mərkəzi görüşündə Madrid derbisi baş tutub. Ötən turda liderliyi ələ keçirən “Real” “Santyaqo Bernabeu”da çempionluq yarışından uzaqlaşan “Atletiko”nu sınağa çəkib. Oyunun taleyini 1 qol həll edib. Kərim Benzema 56-cı dəqiqədə fərqlənərək, komandasına 3 xal qazandırıb.

Çempionlar Liqasını hədəfləyən “Valensiya” autsayderlər zonasında qərarlaşan “Selta”nı qəbul edib. “Yarasalar” 77-ci dəqiqədə vurduqları yeganə qolla qalib gələrək, 4-cü pilləyə yüksəliblər.

Günün digər matçlarında da komandalar minimalhesablı qələbəyə seviniblər.

Turun digər oyunları sabah keçiriləcək.

İspaniya La Liqası
XXII tur
1 fevral
“Qranada” – “Espanyol” – 2:1

Maçis, 38; Fernandes, 46 – de Tomas, 27
“Real” – “Atletiko” – 1:0
Benzema, 56
“Malyorka” – “Valyadolid” – 0:1
Enes Ünal, 56
“Valensiya” – “Selta” – 1:0
Soler, 77

1  Real 22 14 7 1 40-13 49
2  Barselona 21 13 4 4 50-25 43
3  Sevilya 21 11 5 5 27-20 38
4  Valensiya 22 10 7 5 33-29 37
5  Atletiko 22 9 9 4 22-15 36
6  Xetafe 21 10 6 5 30-20 36
7  Real Sosyedad 21 10 4 7 36-28 34
8  Vilyarreal 21 9 4 8 36-29 31
9  Atletik 21 7 10 4 22-15 31
10  Qranada 22 9 3 10 27-29 30
11  Osasuna 21 6 10 5 28-25 28
12  Betis 21 7 6 8 29-33 27
13  Levante 21 8 2 11 26-32 26
14  Valyadolid 22 5 10 7 18-24 25
15  Alaves 21 6 5 10 22-31 23
16  Eybar 21 6 5 10 20-29 23
17  Malyorka 22 5 3 14 22-38 18
18  Selta 22 3 8 11 17-31 17
19  Leqanes 21 3 6 12 16-33 15
20  Espanyol 22 3 6 13 18-40 15