Məzahir Pənahovdan şikayətçilərə XƏBƏRDARLIQ: “Elə hesab etməsinlər ki, istədikləri vaxt..”

  • By admin
  • 15 Fevral 2020 16:12

“Bütün müraciətlərə baxılacaq və müraciətin müəllifi şəxsən dəvət ediləcək”.

Gununsesi.org xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında sədr Məzahir Pənahov deyib. Komissiya sədri şikayətlərin araşdırıldığını bildirib:

“Biz hazırda DSK-lara daxil olan şikayətlərin araşdırılması ilə məşğuluq. Sosial şəbəkələrdə yerləşdirilən şikayətləri bir-bir izləyirik. Müraciətlərə baxarkən sosial şəbəkələrdəki görüntülər bizə lazım olacaq. Şikayəti olan şəxslər hesab etməsinlər ki, əllərində olan materialları istədikləri vaxta qədər saxlaya, nə zaman istəsələr ortaya çıxarıb, hüquqi qüvvəsini təmin edə bilərlər. Belə hal ola bilməz”.

Gununsesi.org