Məzahir Pənahov: “MSK-da baxılmamış və araşdırılmamış müraciət qalmayıb”

  • By admin
  • 25 Fevral 2020 22:07

“Seçkilərə bağlı araşdırma işləri şəffaf keçirilib”. 

Gununsesiaz.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, Milli Məclisə seçkilərlə əlaqədar 4 seçki dairəsində səsvermənin nəticələri ləğv edilib: “Kifayət qədər məntəqələrin nəticələri etibarsız sayılıb. Biz lazımi qərarları qəbul etmişik. Bu gün MSK-da baxılmamış və araşdırılmamış müraciət qalmayıb”.

 

 

Gununsesiaz.info