Məşhur “UFC” döyüşçüsünün atası kritik vəziyyətdədir - SUNİ NƏFƏS APARATINA QOŞULUB

  • By admin
  • 18 May 2020 23:18

Koronavirus infeksiyası diaqnozu qoyulan Həbib Nurməhəmmədovun atası, məşqçi Abdulmanapın vəziyyəti daha da ağırlaşıb.

Gununsesi.org xəbər verir ki, “Telegram” sosial şəbəkəsində “Mash” xəbər kanalının yaydığı məlumata görə, Həbibin atasının ciyərlərinə su dolub. Hazırda məşqçi süni tənəffüs aparatına qoşulub.

O, sətəlcəmdən sonra yaranan fəsadlar səbəbi ilə insult da keçirib.

 

Gununsesi.org