Məşhur serbiyalı tennisçi koronavirusa qalib gəldi

  • By admin
  • 02 İyul 2020 17:32

Dünyanın bir nömrəli raketkası, serbiyalı Novak Cokoviç COVID-19-dan sağalıb.

Gununsesi.org xəbər verir ki, məşhur tennisçinin ikinci koronavirus testinin nəticələri mənfi çıxıb.

N.Cokoviç Xorvatiyada təşkil edilən “Adria Tour” tennis turnirində infeksiyaya yoluxmuşdu.

Qeyd edək ki, onun xanımı Yelenada da COVID-19 infeksiyası aşkarlanıb.

 

 

Gununsesi.org