Məşhur serial sezon finalına çıxır

  • By admin
  • 27 May 2020 15:43

TV 8 ötən ilin dekabrından etibarən yayıma başlayan “Doğduğun Ev Kaderindir” serialı barədə qərar qəbul edib.

Gununsesi.org xəbər verir ki, koronavirus səbəbi ilə iki aydır tamaşaçı qarşısına çıxmayan və çəkilişləri dayandırılan ekran işi sezon finalına çıxacaq. Bu səbəbdən heyət təhlükəsizlik qaydalarına əməl etmək şərti ilə sonuncu, yəni 12-ci seriyanı çəkmək qərarına gəlib.

Bundan sonra komanda avqust ayında bir araya gələcək və layihə sentyabrda ekranlara geri qayıdacaq.

Qeyd edək ki, serialın baş qəhrəmanları Demet Özdemir və İbrahim Çelikkoldur.

 

 

Gununsesi.org