Gununsesi.info dünya KİV-nə istinadən xəbər verir ki, məşhur cütlüyün övladı iki həftə bundan əvvəl dünyaya gəlib. Amma cütlük bu hadisəni dünya ictimaiyyətindən gizlədə bilib. Xəbəri aşkara çıxaran isə “Poeople” jurnalı olub.

Cinsiyyətinin və adının hələ də gizli saxlanıldığı körpə 31 yaşlı super model İrina Şeyk və 42 yaşlı Berdli Kuperin ilk övladıdır.

Cütlük 2015-ci ilin yaz aylarından görüşməyə başlayıblar. Amma hələ ki, rəsmi nikaha daxil olmayıblar.

097da4bbca72dec055408882cec655c2

Nigar

Gununsesi.info