Məşhur rokçu vəfat edib - FOTO

  • By admin
  • 18 May 2017 13:36

007

Amerikalı məşhur rokçu Kris Kornell 53 yaşında dünyasını dəyişib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı onun meneceri Brayn Bamberi yayıb.

B.Bamberi bildirib ki, K.Kornell çərşənbə günü Detroitdə həyatından köçüb: “Onun ölümü ani və gözlənilməz olub. Krisin qəfil ölümü ailəsini şoka salıb”.

Xatırladaq ki, K.Kornell 2007-ci ildə Türkiyəyə səfər edib. Hazırda rok ifaçısının ölüm səbəbi ilə bağlı araşdırma aparılır. İfaçının ölümü dünyada böyük rezonansa səbəb olub. Mayın18-də K. Kornellinin “Rock the Range” adlı festivalı çərçivəsində “Columbus”da səhnəyə çıxması gözlənilirdi.

Anar

Gununsesi.info