Məşhur müğənni yeni serial ilə ekranlara qayıdır

  • By admin
  • 24 İyun 2020 16:13

Uzun müddətdir ekranlardan uzaq olan müğənni Özcan Dəniz yeni serial ilə ekranlara qayıdır.

Gununsesi.org Musavat.com-a istinadən xəbər verir ki, “Seni çok bekledim” adlanan ekran işinin həm rejissoru, həm də prodüseri Özcan olacaq. Serialda kişi baş rolunu da Özcan canlandıracaq. Onun qadın tərəf müqabili isə hələ ki, bəlli deyil. Serial “Star TV”də yeni mövsümdə yayımlanacaq.

Qeyd edək ki, 48 yaşlı sənətçi bundan əvvəl “İstanbullu Gelin” serialında rol almışdı.

 

 

Gununsesi.org