Məşhur idmançıdan Məzahir Pənahova “güllə kimi” sözlər

  • By admin
  • 20 Fevral 2020 20:02

Tanınmış idmançı Kamil Zeynallı özünün sosial şəbəkə hesabında son seçkilərdən yazıb.

Gununsesiaz.info xəbər verir ki, deputat Adil Əliyev və deputatlığa namizəd Kamil Musəvi ilə birgə fotosunu paylaşan idmançı pozuntulara görə, MSK rəhbərliyini tənqid edib.

Onun qeydlərini təqdim edirik:

“Adil müəllim bizim böyük qardaşımızdır, Milli Məclisə bu cür qeyrətli oğullar lazımdır. Məzahir Pənahov Kamil Musavinin qarşısını kəsdi. Başda Salyan rayonu olmaqla 70% seçki məntəqələrində saxtakarlıq oldu.

Buna da Mərkəzi Seçki Komissiyası bilə-bilə göz yumdu. Ar olsun sizlərə, siz Salyan və digər rayonların səslərində saxtakarlıq elədiz, haram olsun sizə. Cənab Prezidentimiz dəfələrlə dedi ki, şəffaf seçki olacaq, amma başda Seçki Komissiyası olmaqla hamısı Cənab Prezidentin sözünü yerə saldılar, Salyanın 90 faizi Allaha and olsun ki, Kamil Musaviyı səs vermişdilər, nə oldu sonunda? Ayıb olsun, Seçki Komissiyasına.

Hələ saxtakarlıqda seçilən Millət Vəkilləri, necə gedib o kresloda mərd-mərdanə otura biləcəksiniz? Necə vicdanınız qəbul edəcək? Ayıbdır, Allah haqqı…”

 

Gununsesiaz.info