Tanınmış amerikan bəstəkarı koronavirusdan öldü — FOTO

  • By admin
  • 02 Aprel 2020 16:58

Amerikanın məşhur bəstəkarı Adam Şlezinqer dünyasını dəyişib.
Gununsesi.org Qafqazinfo-ya istinadla xəbər verir ki, COVİD -19 epidemiyasına yoluxan 52 yaşlı musiqiçi Nyu-Yorkda həyatını itirib.

Bu barədə ”Variety” portalı məlumat yayıb. Bildirilib ki, son 1 həftədir vəziyyəti pisləşən Adam koronavirusu ən ağır formada keçirib.

Qeyd edək ki, Şlezinqer üç “Emmi” mükafatının sahibidir, eyni zamanda “Ən yaxşı yeni sənətçi” nominasiyasında “Qremmi” mükafatını alıb.

 

 

Gununsesi.org