Məşhur aktrisa və qızı koronavirusa yoluxdu

  • By admin
  • 12 İyul 2020 19:11

Hindistanlı aktrisa və 1994-cü il “Dünya gözəli” seçilmiş Ayşvariya Ray və qızı Aaradxiyudan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Gununsesi.org xəbər verir ki, bunu aktrisanın həyat yoldaşı Abhişek Baççan bildirib.

“Onlar karantini evdə keçirəcəklər. Ailəmin digər üzvləri, o cümlədən anamın testi mənfi nəticə verib. İstəklərinizə və dualarınıza görə hamınıza təşəkkür edirəm”.

Bundan əvvəl, Abhişek Baççanın atası, Bollivud aktyoru Amitabh Baççanın da koronavirusa yoluxduğu bildirilmişdi.

 

 

Gununsesi.org