Məscidlərdə veb-kameralar vasitəsi ilə “Skype” quraşdırılacaq

  • By admin
  • 07 Oktyabr 2016 18:19

qmi  

Azərbaycanda məscidlərdə xütbələrin və moizələrin on-line dinlənilməsi üçün veb-kameralar vasitəsi ilə “Skype” quraşdırılacaq.

Gununsesi.info Qafqaz Müsəlmanları İdarəsinə  istinadən xəbər verir ki,   artıq bunun tətbiqi üçün hazırlıqlara başlanılıb. Bu sistemin tətbiqindən sonra ölkə daxilində kənar məsafədə istənilən şəxs istənilən məsciddəki qaydalara uyğun söylənilən xütbəni dinləmək imkanı əldə edəcək. Məscidlərə getmək imkanı olmayan şəxslər də evlərində və digər yerlərdə internet üzərindən seçdiyi xütbəni dinləyə biləcək. Hazırda iri və mərkəzi məscidlərdə bununla bağlı veb-kameralar quraşdırılır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, onlar  da info Qafqaz Müsəlmanları İdarəsinin  bu ideyanı dəstəkləyirlər: “Bu artıq başqa ölkələrdə tətbiq olunur. Maraqlı ideyadır. Kim istəməz ki, gedə bilmədiyi halda hansısa məsciddə savadlı bir axundun və ya imamın moizəsini dinləsin”.

QMİ-nin xütbələr haqqında kitab hazırladığını deyən M.Qurbanlı qeyd edib ki,  hər yerdə bu kitabdan  istifadə olunur: “Yeni xütbə kitabçaları üzərində də iş gedir, komissiya bu xütbələrin  üzərində işləyir”-deyə komitə sədri deyib.

Gülnaz Qənbərli

Gununsesi.info