Mərkəzi Bank: “Devalvasiyadan banklar faizlərdən 2,5 milyard qazanıb” - AÇIQLAMA

  • By admin
  • 27 Avqust 2016 13:46

merkezi bank

Mərkəzi Bank ilk devalvasiyadan sonra bütövlükdə bank sektorunun fəaliyyətinin maliyyə nəticələrinə dair ətraflı məlumatlar açıqlayıb.
Gununsesi.info xəbər verir ki, iqtisadçı Rövşən Ağayev sosial şəbəkə hesabında yaydığı məlumatlara əsasən, 2015-ci ildə bank sektoru üzrə 345 milyon manatlıq zərər yaranıb. Bank sektoru faizlərdən təxminən 2.5 milyard manatdan çox qazanıb. Faizlərə görə isə müştərilərə 1.147 milyard manat ödəyib. Nəticədə xalis faiz mənfəəti 1.4 milyard manata yaxın olub.
Qeyri-faiz gəlirlərindən 238 milyon manat qazanılıb, 1 milyard xərc çəkilib.
Bank sektorunun məcmu kapitalı 600 milyon manatadək azalmaqla 3.6 milyard manata enib.
Bank aktivlərinin həcmi 34.9 milyard manata çatıb. Devalvasiyadan öncəki dövrə nisbətən aktivlərin strukturunda diqqət çəkən əsas dəyişikliklər bunlardır: nağd vəsaitlərin və bankların Mərkəzi Bankdakı resusrslarının həcmi 2 dəfədən çox artıb və 4.9 milyard manata çatıb. 2014-də bu göstərici 2 milyard manatdan bir az çox idi. Bankların qiymətli kağızlara yönəltidiyi resurs 50%-dək artaraq 3 milyard manatı ötüb.
Passivlərin strukturunda baş verən əsas dəyişikliklər: Mərkəzi Bankdan cəlb edilmiş vəsaitlərin həcmi 1 milyard manatdan çox artaraq 2.5 milyard manatı ötüb; xaricdən alınan resursların həcmi 4.7 milyard manatdan təxminən 7 milyard manata yüksəlib.
5 bankın aktivlərinin bank sektorunda payı 58%-ə yüksəlib – 2014-də bu göstərici 55% idi.

 

Gununsesi.info