“Mənim üçün ciddi sınaq oldu” - TRAMP

  • By admin
  • 06 Fevral 2020 23:08

ABŞ Prezidenti Donald Tramp ötən gün Senat tərəfindən yekunlaşdırılan impiçmenti haqqında danışıb.

Gununsesi.org “İnterfaks”a istinadən xəbər verir ki, amerikalı lider bu prosesi özü və ölkəsi üçün ciddi sınaq adlandırıb. Onun sözlərinə görə, ona qarşı impiçment “vicdansız korrupsioner insanlar” tərəfindən başladılıb.

“Hamı bilir ki, ailəm, bizim böyük dövlətimiz və sizin prezidentiniz üçün ciddi sınaq müddətindən keçmək lazım gəldi. Həmin insanlar ABŞ sakinlərini bölmək üçün hər şeyi etdilər və bununla xalqımıza ağır zərbələr vurdular”, – deyə Tramp bildirib.

Xatırladaq ki, anonim mənbənin Trampın Ukrayna Prezidenti Vladimir Zelenskiyə maliyyə və hərbi yardım müqabilində keçmiş vitse-prezident Co Baydenin oğlu Hanter Baydenlə bağlı araşdırmalar aparılması üçün təzyiq göstərdiyini elan etməsindən sonra ABŞ-da qalmaqallar yaşanmışdı.

 

 

Gununsesi.org