“Mən ilk görüşdə yatağa girmirəm” - CENNİFER LOPEZ - VİDEO

  • By admin
  • 25 Aprel 2017 23:49

cenifer ve sevgilisi

Müğənni Cennifer Lopez Ellen DeCeneresin aparıcılıq etdiyi şounun qonağı olub.

Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi xəbərə görə, 47 yaşlı ulduz verilişə əkizləri Maks və Emma ilə birgə qatılıb.

Aparıcı Cennifer Lopezə çox səmimi suallar verib. İfaçı isə bundan nəinki əsəbləşməyib, hətta, zarafata salaraq bütün suallara cavab verib.

O, Ellenin “Yeni sevgilinlə necə tanış oldun. İlk görüşdə aranızda intim münasibət oldumu” sualını belə cavablandırıb: “Restoranda yemək yeyirdim. Birdən Aleks yanımdam keçdi. Ona yaxınlaşdım, əlimi çiyninə qoyub salamlaşdım. Biz danışdıq. Nömrəm onda var idi. Bir gün zəng vurdu, görüşüb nahar etdik. İlk görüşdə seksin olub-olmadığını bilmək istəyirsənsə, deyim ki, belə bir şey olmamışdı. Anam icazə vermir ilk görüşdə intim münasibət qurmağıma (gülür). Mən ilk görüşdə yatağa girmirəm”.

Qeyd edək ki, Cennifer Lopez artıq bir neçə aydır ki, beysbolçu Aleks Rodrigezlə görüşür.

https://www.youtube.com/watch?v=h6MkyhLn5yk&feature=youtu.be

Gununsesi.info