“Mən dəyişməmişəm, AXCP-nin siyasəti dəyişib” - ARİF HACILI

  • By admin
  • 09 Oktyabr 2019 19:05
“Müsavat Partiyası 2000-ci illərin əvvəllərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasətini qəbul etmirdi. Tam əminliklə deyirəm ki, sonrakı mərhələdə Azərbaycan Xalq Cəbhəsi Partiyası siyasətini dəyişdi. Biz ona görə AXCP ilə münasibətləri bərpa etdik”.
Gununsesi.org-un xəbərinə görə, bunu Müsavat Partiyasının başqanlığına namizəd Arif Hacılı namizədlərin debatında deyib.
“Mənə deyirdilər ki, Əli Kərimlinin əleyhinə danışırdınız, indi isə müdafiə edirsiniz, niyə dəyişmisiniz? Dedim, dəyişməmişəm, AXCP-nin siyasəti dəyişib. Əgər AXCP 2000-ci ildəki siyasətinə qayıtsa, yenə tanımayacağıq. Məsələnin, mahiyyəti budur, şəxsi qərəzliyimiz yoxdur” – deyə A.Hacılı qeyd edib.
Gununsesi.org