Məmmədyarovla Mnatsakanyanın videokonfransı olacaq

  • By admin
  • 29 İyun 2020 20:33

Sabah Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulur.

XİN-dən Gununsesi.org-a verilən məlumata görə, görüşün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu gün E. Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə videokonfrans formatında görüşü keçirilib.

 

 

Gununsesi.org