Məlahət İbrahimqızı seçicilərini sevindirdi

  • By admin
  • 21 Mart 2020 21:18

“Ölkəmizdə möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qlobal təhlükə olan koronavirusa qarşı apardığı ümummilli mübarizə bütövlükdə ictimaiyyəti həmrəy etmişdir”.

Gununsesi.org xəbər verir ki, bu fikirləri YAP Nəsimi Təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı özünün sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, cəmiyyətin hər cür təbəqələri bu təhlükənin tezliklə aradan qaldırılması üçün Prezidentimizin dövlətin bütün imkanlarını səfərbər etməsini, Birinci Vitse Prezidentimiz xanım Mehriban Əliyevanın qayğıkeşliklə xalqımıza ünvanladığı müraciəti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir:
Koronavirisa qarşı dövlətimizin bu mübarizəsinə dəstək məqsədilə Yeni Azərbaycan Partiyası da qoşulmuş və Koronavirusla mübarizə fonduna 200 min manat vəsait köçürülməsinə qərar vermişdir. Bu təşəbbüsə Partiyanın Nəsimi rayon təşkilatı da qoşulmuşdur. Bugün YAP Nəsimi rayon təşkilətının dəstəyi ilə partiyanın gənc fəallarının iştirakı ilə rayon ərazisində yaşayan yüzə yaxın şəhid və imkansız ailələrə dezinfeksiyaedici-yuyucu dərman və bəzi tibbi gigiyenik ləvazimat və koronavirusa qarşı proflaktika qaydaları paylanmışdır”.

Gununsesi.org