Məktəbliləri daşıyan avtobus aşdı: - 1 ÖLÜ, 30 YARALI

  • By admin
  • 19 Yanvar 2017 10:14

1352615020_h1OWl1zX66m

Tailandın cənubunda Surat Thani vilayətində məktəb avtobusu aşıb.

Gununsesi.info RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 17 yaşlı yuxarı sinif şagirdi ölüb, təqribən 30 məktəbli xəsarət alıb. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb.

Polis sürücünü avtobusu ehtiyatsız idarə etməkdə ittiham edir.

Gununsesi.info