Məkkədə 3 ay sonra ilk dəfə namaz qılındı

  • By admin
  • 21 İyun 2020 21:20
Səudiyyə Ərəbistanında 23 martdan bəri yeni növ koronavirus (Covid-19) epidemiyası çərçivəsində tətbiq edilən küçəyə çıxma qadağası sona çatıb.
Gununsesi.org xəbər verir ki, Məkkə şəhərində 3 ay əvvəl bağlanılan məscidlər sübh namazı ilə  yenidən fəaliyyətə başlayıb.
Məscidlərin açılmasından sonra maska taxan və sosial məsafə qaydalarına əməl edən minlərlə vətəndaş məscidlərə axın edib. Namazdan əvvəl dezinfeksiya işləri aparılıb və səlahiyyətlilər namaza gələn vətəndaşların qızdırmasını ölçüb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 154 min 233-ə. həyatını itirənlərin sayı isə min 23a-a yüksəlib.
Gununsesi.org