Məhşur iranlı molla Suriyada öldürüldü, xalq ayağa qalxdı

  • By admin
  • 14 May 2020 21:45
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibində Suriyaya göndərilmiş iranlı molla Əbu əl-Fadi Serlak naməlum şəxslər tərəfindən öldürülüb.
Gununsesi.org xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Molla Serlakın Həma və Hələb vilayətləri arasında yerləşən ərazidə bomba partlayışı nəticəsində öldüyü deyilib.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edilir ki, mollanın ölümündən sonra İranın müxtəlif şəhərlərində əhali küçələrə axışıb.
Gununsesi.org