Məğlubedilməz boksçu 21 yaşında vəfat etdi

  • By admin
  • 02 İyul 2020 09:52

Məğlubedilməz meksikalı boksçu Aleksandr Qonzalez 21 yaşında xərçəngdən vəfat edib.

Gununsesi.org Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Dünya Boks Şurasının (World Boxing Council, WBC) rəhbəri Maurisio Süleyman açıqlama ilə çıxış edib.

Qeyd olunur ki, idmançı 2019-cu ildən onkoloji xəstəliklə mübarizə aparırdı.

“O, Meksika boksunun böyük ümidlər vəd edən idmançısı idi. Kədərimiz böyükdür, amma Qonzalez heç vaxt unudulmayacaq. Ruhun şad olsun!”, –  deyə Dünya Boks Şurasının rəhbəri qeyd edib.

Gununsesi.org