Mədəniyyət Nazirliyində maliyyə pozuntuları aşkarlandı: Rusiyanın xalq artistinə… – RƏSMİ

  • By admin
  • 29 İyun 2020 16:02

Mədəniyyət Nazirliyi tərəfindən Rusiyanın xalq artisinə qanunsuz ödəniş edilib.

Gununsesi.org-un məlumatına görə, bu barədə məlumat Hesablama Palatasının 2020-ci il audit hesabatında yer alıb.

“Bağlanmış müqavilədə xüsusi hallar nəzərdə tutulmadığına görə Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramının hazırlanması və kollektivdə islahatların aparılması ilə əlaqədar Rusiyanın Xalq artisti 5 ay 15 gün müddətində Bakı şəhərində olmadığı halda, onun bank hesabına 26 min 232 manat 30 qəpik, mənzilin kirayəsinə görə isə icraçıya 7 min 200 manat artıq vəsait ödənilib”, – deyə hesabatda qeyd edilib.

Gununsesi.org