Məşhur türkiyəli müğənni ailəsi ilə birlikdə avtomobil qəzasına düşdü- FOTOLAR

Məşhur türkiyəli müğənni ailəsi ilə birlikdə avtomobil qəzasına düşdü

Türkiyəli müğənni Alişan ailə üzvləri ilə birlikdə Manisada avtomobil qəzasına düşüb.

Gununsesi.org “Hürriyet”ə istinadən xəbər verir ki, həyat yoldaşı Buse Varol, 2 yaşlı oğlu Burak Tektaş və dayə ilə İstanbuldan İzmirə gedən ifaçının avtomobilinin təkəri çıxıb. Nəticədə bir neçə dəfə aşan maşın 30 metr sürüklənib.

Qəzada Alişanla ailəsi xəsarət almasa da, xarici vətəndaş olan dayə yaralanıb. O, dövlət xəstəxanasına yerləşdirilib, həyati təhlükəsinin olmadığı bildirilir.







 

 

Gununsesi.org

COMMENTS