“Məqsədimiz rejimin istefasıdır”- MÜXALİFƏTDƏN ULTİMATUM

“Məqsədimiz  rejimin istefasıdır”

bdc31715fa20be22e895e7cd9b9dbc2f

 

Yerevanda polis alayının binasını zəbt edən silahlılara dəstək aksiyası sona çatıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə “news.am” xəbər yayıb.

Xəbərə görə,  müxalif “Təsis Parlamenti” təşkilatının  nümayəndəsi Alek Yenigomşyan bəyan edib ki, xalq hökumətə səhər saat 09:00-dək vaxt verir.

“Biz unutmuruq ki, bu hərəkat mühüm dəyişikliklər naminə başlayıb. Əsas məqsədimiz – hakim rejimin istefasıdır”- deyə, Alek Eniqomşyan bildirib.

İyulun 25-də İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında müxalifətin növbəti mitinqi keçirilib. Nümayişçilər silahlı qrupu qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər.

Gununsesi.info

COMMENTS