Lukaşenko yeni baş nazir təyin etdi

  • By admin
  • 04 İyun 2020 12:57

Belarus Prezidenti Aleksandr Lukaşenko Roman Qolovçenkonu baş nazir təyin edib.

Gununsesi.org “Belta”-ya istinadən xəbər verir ki, o, bundan əvvəl Dövlət Hərbi-Sənaye Komitəsinin sədri olub.

Qeyd edək ki, dünən Belarus prezidenti hökumətin buraxılması haqqında əmr imzalayıb.

A.Lukaşenko bildirib ki, respublikada hökumətdə edilən dəyişiklikdə inqilab olmayacaq.

 

 

Gununsesi.org