Louis Vuittonun sahibi pandemiyadan ən çox zərər çəkən şəxs oldu - 30 MİLYARD DOLLAR İTİRDİ

  • By admin
  • 07 May 2020 22:01

Koronavirus pandemiyası dövründə ən çox vəsait itirən şəxsin adı açıqlanıb.

Gununesi.org  “Bloomberg”ə istinadən xəbər verir ki, bu, Louis Vuitton Moët Hennessy fransız şirkətinin sahibi Bernar Arnodur. O, 30 milyard dollardan çox itki ilə üzləşib. Bu isə bir nəfərin itirəcəyi maksimal məbləğdir. Məhdudlaşdırıcı tədbirlər səbəbindən biznesmenin mağazalarının əksəriyyəti bağlanıb. Bundan başqa, LVMH-nin səhmlərinin dəyəri 19% azalıb.

Şirkətin direktoru Jan-Jak Qioninin sözlərinə görə, LVMH-nin gələcəyi satışların üçdə birini təşkil edən Çin bazarından asılıdır.

 

 

Gununesi.org