Lotu Qulinin nəvəsi saxlanıldı -FOTO

  • By admin
  • 30 Noyabr 2016 11:15

qulu

Lotu Qulunun nəvəsi saxlanıldı.

Gununsesi.info xəbər verir ki, Bakı şəhər sakini, S.Rəhimov küçəsi 14 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Mikayılov Vahid Qəzənfər oğlu idarə etdiyi “KİA Sorento” markalı  90 UN 616 dövlət nömrə nişanlı avtomobili idarə edərkən Şirvan şəhər Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən saxlanılıb.

Polis Şöbəsinə dəvət olunan sürücünün üzərinə baxış keçirilərkən ondan 33,778 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Saxlanılan zaman narkotik vasitəni yeməyə cəhd edərkən polislər tərəfindən buna imkan verilməyib.

Qeyd edək ki, əvvəllər dəfələrlə məhkum olunan, kriminal aləmdə “Sonanın nəvəsi” kimi tanınan V.Mikayılov ard-arda 20 il cəzaçəkmə müəssisələrində cəza çəkib.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

sona

Gununsesi.info